Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Sievers Tuning-dən Mercedes-Benz SLS AMG GT3

Bu yaxınlarda  “Sievers Tuning” şirkəti məhdudlaşdırılmış superkar “Mercedes-Benz SLS AMG GT3 45th Anniversary Edition”-nun fərdiləşdirilməsini başa çatdırdı.

Beş eksklüziv avtomobildən birinin sahibi öz avtomobilinin bəzəyini yeniləmək və ona fərdilik vermək qərarına gəldi. Müştərinin arzusunu yerinə yetirmək üçün alman tüninq ustaları ban üçün mülki yarış bolidinin aqressiv xarici görünüşü ilə uyğunlaşan unikal livreya fikirləşiblər.

446 250 avro qiyməti olan bu avtomobilin banı narıncı tutqun örtüklə örtülüb. Onunla təzad olaraq çox sayda tünd aksentlərdənistifadə olunub.

Qara və karbon ban detallarından başqa bayırda müxtəlif qara loqotiplər, həmçinin damda böyük qartal və spoylerin yanlarında uçan siçan görmək olar.

Bundan başqa, avtomobil tonlaşdırılmış şüşələr, qabaq şüşədə qara “AMG” simvolu olan gündən qoruyan örtük və qapıda qırmızı “722” nömrəsi əldə etdi.

AUTO.AZ



Şərhlər


AD