Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus kabriolet Mercedes 280 SL-i bərpa etdi

Techno Classica sərgisində “Brabus” şirkəti müxtəlif vaxtların avtomobil istehsalında ikona olan altı klassik “Mercedes” modeli təqdim edəcək.

Proqramın əsas avtomobili 1961-ci ildən 1971-dək buraxılan nadir kabriolet W111 banında “Mercedes-Benz 280 SL” olacaq. Bu avtomobil zavoddan çıxdığı gün olduğu kimi görünmək üçün tamamilə bərpa olunub.

“Mercedes” markasının ən uğurlu açıq avtomobillərindən biri olan bu avtomobilin tam bərpası üçün “Brabus” atelyesində avtomobilin hansı detallarının bərpa olunacağı, hansılarnın dəyişəcəyini müəyən etmək üçün onu tamamilə sökdülər.

Sonrakı quraşdırılma prossesində yenidən düzəldiləcək güc qurğusu da söküldü. Sürət qutusu, ötürücü val, şassi və əyləc sistemi də uzun müddət işlək vəziyyətdə qalmaq üçün yenidən yığılır.

Yeni lak və boya örtüyü və xromlaşdırılmış dekorativ elementlər bağışlanmış ban dizaynı və yenidən dəri ilə tikilib ağacla bəzənmiş salon orijinal şəkildə qalır.

Təəccüblü deyil ki, bu halda avtomobilin bərpasına minlərlə saat sərf oluna bilər. Avtomobilin qiyməti isə yeni avtomobilin qiymətindən baha olar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz SL, Brabus 03.04.2014

Şərhlər


AD