Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar F-Type Club Sport: yüngül və məğrur

Britaniya “yırtıcısı” “Porsche 911”-lə həlledici döyüşə girmək üçün səbirsizlənir. Lakin “GT3” kimi trek modifikasiyasız bu mənasızdır. O meydana gələcək! “Club Sport” ekstremal “F-Type” üçün rəsmi ad olmasa da, çox şey vəd edir.

Onun nə vaxt meydana çıxacağı məlum deyil, lakin onun gəlişi ilə 550 a.g. verən 5,0-litrlik V8 mühərrikli qüdrətli R-modifikasiyası (şəkildəki) kölgəyə çəkilməli olacaq. Çox güman ki, yenilik elə həmin aqreqatı alacaq, lakin 100 km/saat sürəti 4 saniyəyə qət etmək dinamikası ilə “eri” vuracaq.

Onun sirri çəkisinin aşağı düşməsidir. Mümkün olan hər şeydə qənaət ediləcək: salon silkələnəcək, karbon oturacaqlar quraşdırılacaq, banın bəzi alüminium panelləri plastiklə əvəz olunacaq və 21 kq yüngül olan karbon əyləc disklərindən istifadə ediləcək.

“Club Sport” yüzlüyə 3,5 saniyəyə sürətlənəcək. Ötən payızda avtomobil barədə elan verən “Jaguar”-ın baş dizayneri Yan Kellum aerodinamik asmanın şəklini çəkəcək. Təsdiq edilməmiş məlumatlara görə, “Club Sport” ildə 500 ədəd buraxılacaq.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar F-Type 02.04.2014

Şərhlər


AD