Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus Mercedes-Benz A45 AMG-ni tamamladı

Bütün dünyada məşhur olan “Brabus” tüninq atelyesi “yüklənmiş” A45 AMG modifikasiyalı - ən sürətli hetçbek Mercedes-Benz-ə ünvanlanan ilk satışdan sonrakı köklənmə paketini hazırladı.

Avtomobil yenidən baxılmış aerodinamik asma  və yeni təkər diskləri əldə etdi. Bununla belə tünerlər PowerXtra mühərriki üçün özləri hazırladıqları elektron idarəemə blokunu istifadə ediblər. Onun sayəsində 2,0 litrlik turbomühərrikin gücü 40 a.g. artıb.

Hal-hazırda yenilənmiş splitter, arxa bamperin böyüdülmüş diffuzoru və damın arxasındakı əlavə spoyler sifariş üçün əlverişlidir. Çoxmilli təkərlər və “Brabus” emblemli radiator barmaqlığı yeni üslubu tamamlayacaq.

Daha sonra asılqanın və əyləc sisteminin yeni detallarını, həmçinin daxili tüninq üçün aksesuarlar dəsti sifariş vermək mümkün olacaq. “Brabus” mühəndisləri dördsilindrli mühərrikdən 390 a.g. və 500 Nm əldə etdilər.

Bunun avtomobilin dinamikasında özünü necə göstərəcəyi məlum deyil, lakin xatırladaq ki, seriya modelinə 0-dan 100 km/saat sürətlənmək üçün 4,6 saniyə lazımdır, onun maksimal sürəti isə 250 km/saatda məhdudlaşır.

AUTO.AZ



Şərhlər


AD