Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

D2Forged şirkətinin istehsalında BMW X5

Təkər disklərinin istehsalı və seriya avtomobillərinin satışdan sonrakı köklənməsi üzrə ixtisaslaşan “D2Forged” şirkəti E70 banında fərdiləşdirilmiş yolsuzluq avtomobili “BMW X5”-i təqdim etdi.

Avtomobilin kosmetik tüninqi ilə D2Autosport bölməsinin mütəxəssisləri məşğul olublar. Onlar idman cipinin eksteryerinə təzə və fərdi xarici görünüş təmin edə bildilər. İş ərzində yeni ban elementləri quraşdırıldı, təkər diskləri dəyişdirildi və bəzəklər yeniləndi.

Yolsuzluq avtomobilinin banı alman atelyesi AC Schnitzer-dən fərqli qabaq bamper, yan astanalar və yenidən işlənmiş arxa bamperdən ibarət olan asma əldə etdi. Bütün qara plastik detalları banın rəngində rənglədilər, şüşələri tonlaşdırdılar və damdakı reylinqləri və pəncərələrin çərçivələrini qara rəngə boyadılar.

Bana uyğun olaraq qabaqda 22х9,5 düymlük arxada isə 22х11 düymlük boz çoxmilli D2ForgedMB1 Monoblock diskləri seçilib.

Disklərə aşağıprofilli Vredestein Ultrac Sessanta şinləri “geyindiriblər”.

AUTO.AZ



teqlər:
BMW, BMW X5 01.04.2014

Şərhlər


AD