Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tesla Model S tüninq-paket alıb

Elektromobillər üçün satışdansonra paket hazırlayan tüninq şirkəti elə də çox deyil. Amerikanın “Unplugged Performance” şirkəti məhz bu nadir tünerlərdəndir.

Kaliforniyalı müttəxəssislər öz sonuncu tüninq-paketlərini elektrokar “Tesla Model S”-ə həsr ediblər. Beşqapılı böyük ekoloji cəhətdən təmiz avtomobil yeni ban asması alıb ki, o da tezliklə texniki hissələrinin tənzimlənməsi proqramı ilə yenilənəcək.

Ətraf mühit üçün təhlükəsiz olan sportkar dinamikalı elektromobilə daha çox aqressiv görünüş qatmaq üçün “Unplugged Performance” dizaynerləri yeni ban asması hazırlayıblar. 995 dollara qabaq bamper splitteri, 1450 dollara yan ətəklər, 1550 dollara arxa bamper diffuzoru və 895 dollara baqaj qapısı spoyleri həqiqətən lüks hetçbeki daha da “idmançı” edir.

Hazırda tünerlər güc qurğusunun apqreydi və “Tesla Model S” asılqanının təkmilləşdirilməsi üzərində işləyirlər. Bu, tezliklə hazır olacaq.

AUTO.AZ



teqlər:
Tesla, Tesla Model S 31.03.2014

Şərhlər


AD