Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 2-Series Active idman paketi aldı

“BMW” şirkəti yeni model “2-Series Active Tourer” üçün idman paketi “M Sport” hazırlayıb. Bavariya kompakt veninə idman üslubu qatmar üçün fərqli ban asması və böyük təkər diskləri ilə təchiz ediblər, ona fərqli asılqan detalları quraşdırıblar, daxili bəzəyi yeniləyiblər.

“M Sport” paketli “BMW 2-Series Active Tourer” tezliklə satışa çıxarılacaq və 3 mühərrik versiyasında təklif ediləcək – 136 a.g.-lü 1,5-litrlik benzin, 150-güclü 2,0-litrlik dizel və 231-güclü 2,0-litrlik benzin.

Yenidən işlənmiş bamperlərlə yanaşı, qara parlaq radiator barmaqlığı, qaz buraxma sisteminin bir cüt xromlaşdırılmış borucuqları və 17- və  ya 18-düymlü yüngüllehimli disklər kompakt avtomobilə gözəllik əlavə edib. Klirens 10 mm azalıb.

“M Sport” paketi salona dəridən 3-milli idman sükanı, parça və alkantara ilə üzlənmiş idman oturacaqları, qara tavan, metal ayaqaltı və “M Division” bölməsinin firma atributunu gətirib. Təzad yaradan tikişlər və metal əlavələr də interyeri bəzəyir.

AUTO.AZ



teqlər:
BMW, BMW 2-series 31.03.2014

Şərhlər


AD