Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Hyundai Sonata: rəsmi fotolar

“Hyundai” şirkəti rəsmi olaraq yeni nəsil “Sonata”-nı təqdim etdi. Avtomobil Seulda keçirilmiş xüsusi tədbirdə təqdim edilib. Yeniliyin kütlə qarşısında debütü isə 2014-cü il aprelin 16-da Nyu-Yorkda keçiriləcək beynəlxalq avtosalonda olacaqdır.

Sələfindən fərqli olaraq “Hyundai Sonata” 35 mm uzun və 30 mm enli olub. Yeni nəsil sedanın ölçüləri belədir: 4855 х 1865 х 1475 mm. Avtomobilin xarici görünüşündə “Fluidic Sculpture” üslubu saxlanılıb.

Lakin yaradıcılar həddindən artıq əyri formalardan qaçıblar. Yeni radiator barmaqlığı, fənərlər və bamperlər xüsusi qeyd edilməlidir. “Hyundai Sonata”-nın interyerində tamamilə yeni qabaq panel, fərqli sükan, 8-düymlü sensor displeyi olan multimedia sistemi və işləmə materialları peyda olub.

Yeni “Hyundai Sonata”-nın kapotu altında 168 a.g. və 201 Nm fırlanma anı verən 2,0-litrlik benzin “CVVL” mühərrik yerləşdirilib. Bundan əlavə, alıcılar 2,4-litrlik GDi (193 a.g., 247 Nm) və 2,0-litrlik LPi (151 a.g., 194 Nm) mühərriklər də seçə bilərlər.

Mühərriklər 6-pilləli mexaniki və 6-pilləli avtomat sürət qutuları ilə birgə işləyəcəklər. Koreya şirkətinin nümayəndələri yeni “Hyundai Sonata” üçün mükəmməl təchizat vəd edirlər.

Məsələn, avtomobil 6 təhlükəsizlik yastığı,  diodlu işıqlar, ABS, EBD və ESP sistemləri, kruiz-kontrol, kor zonalara nəzarət sistemi, qabaq və arxa oturacaqların isidilməsini və digər opsiyalar vəd edirlər.

Yeni nəsil “Hyundai Sonata”-nın qiyməti barədə hələlik məlumat verilmir.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Sonata 26.03.2014

Şərhlər


AD