Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus Mercedes CLA 45 AMG-ni tamamlayıb

Almaniyanın “Brabus” tüninq-atelyesi “Mercedes-Benz CLA 45 AMG”-ni tamamlayıb. Tünerlər kompakt 4-qapılı kupenin satışdan sonra tənzimlənməsinə başlayıblar və onun bütün texniki hissələrini gücləndiriblər, eksteryerin dizaynını və daxili bəzəklərini yeniləyiblər.

“Mercedes CLS 63 AMG”-nin möhtəşəmliyini və idman xarakterini vurğulayan xırda detallara da diqqət ayrılıb. Arxa şüşədə deflektor, baqaj qapağının üzərində spoyler quraşdırılıb və karbon əlavələri olan arxa görünüş güzgüləri bəzədilib.

Qırmızı aksentlər boz bana təzad yaradıb. Bunları arxa görünüş güzgülərində, “Brabus” emblemli radiator barmaqlığında və yeni dizaynlı çoxmilli qara disklərdə görmək olar.

Avtomobilin qara dəri və qara alkantara ilə işlənən salonunda qırmızı saplar və alman tüninq-atelyesinin ayaqaltıları da var. 2,0-litrlik turbomühərrikin gücü 360 a.g. və 450 Nm-dən 400 a.g. və 500 Nm-ə qədər artıb.

Bu, standart naqillərlə qoşulmuş yeni “PowerXtra CGI B45” idarəetmə bloku sayəsində mümkün olub. 96 km/saata sürətlənmə 0,2 saniyə tezləşərək 4,2 saniyə təşkil edir.

AUTO.AZ



Şərhlər


AD