Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alfa Romeo özünün ilk krossoverini düzəldəcək

“Alfa Romeo”-nun buraxılışa hazırlanan ilk krossoveri barədə yeni məlumat əldə edildi. “Autocar” nəşriyyatının şirkətdən olan mənbələrə istinadən verdiyi məlumata görə, italyanlar bu model üçün artıq ad da tapıblar – yeniliyi “Giulietta Cross” adlandıracaqlar.

Yenilik “Jeep”-in yeni modeli ilə eyni platformada hazırlanacaq. Lakin bunun məhz hansı olacağı dəqiqləşdirilmir. Qeyd edək ki, amerikan avtomobil istehsalçısının sonuncu modeli kompakt yolsuzluq avtomobili “Jeep Renegade” olmuşdu. O, Cenevrə avtosalonunda təqdim edilmiş “Fiat 500L” ilə eyni platformada yığılmışdı.

Əgər mülahizələr dəqiq olsa və “Alfa Romeo Giulietta Cross” həqiqətən “Jeep Renegade” ilə eyni platformanı bölüşsə, onda italyan krossoverində ümumi güc qurğusunun olacağını gözləmək lazım deyil (9-pilləli avtomat, 6-pilləli robot və ya 5- və ya 6-pilləli mexaniki sürət qutusu ilə birgə işləyən 4 benzin və 2 dizel mühərrikləri).

Əvvəllər verilmiş məlumatlara görə, “Alfa Romeo”-nun ilk krossoverinin 2015-ci ildə buraxılacağı gözlənilir. Qeyd edək ki, “Alfa Romeo”-da “Jeep Cherokee” ilə eyni platformada olacaq orta ölçülü krossoverin və “Maserati Levante”-nin bazasında yığılacaq yolsuzluq avtomobilinin buraxılması da planlaşdırılır.

AUTO.AZ



teqlər:
Alfa Romeo 26.03.2014

Şərhlər


AD