Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Senner atelyesi yeni Audi A1-i yığdı

Senner atelyesinin mütəxəssisləri vaxt itirmədilər və yeni kompakt hetçbek Audi A1 üçün birincilərdən biri olaraq kiçik dəst hazırlayaraq, təqdim etdilər.
Tünerlər 1.6 litr həcmli TDI mühərrikinin elektron idarəetmə blokunda bəzi dəyişikliklər etdilər. Bu, 135 a.g. və 310 Nm fırlanma tezliyi əldə etməyə imkan verdi ki, bu da, standart versiyadan 25 a.g. və 60 Nm daha çoxdur.

Dəstə, sərtləşdirilmiş asma, 899 avro dəyərində olan iki çıxış borulu polad çıxış sistemi və aşağı profilli Hankook S1 Evo şinlərinə geydirilmiş Barracuda Voltec T6 (1599) diskləri də daxildir.

Audi A1-in salonunda, sahibkarlar dəri üzlük, karbondan olan görüntülər və başqa aksesuarlar sifariş verə bilərlər.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Audi, Audi A1, Senner 31.08.2010

Şərhlər


AD