Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Nissan GT-R 800 a.g. alacaq

Görünür “Nissan”-ın superkar “GT-R”-ı superhibridə çevirmək planı həyata keçməyə başlayır. Düzdür, söhbət gəzir ki, “Nismo”-nun idman bölməsinin mühəndisləri çox asan üsuldan istifadə edəcəklər və hibrid güc qurğusunu indiki 3,8-litrlik turbomühərrik əsasında yığacaqlar.

İndi “Nissan GT-R” 550 a.g.-ə sahibdir. Super-hibridə çevirməklə onun mühərrikini saxlayacaqlar, lakin ilk növbədə onun gücünü artıraraq 580 a.g.-ə çatdıracaqlar. İkincisi isə onu əlavə elektrik mühərriki, batareyalar dəsti və kinetik enerjinin rekuperasiya sistemi ilə təchiz edəcəklər. Bu barədə Yaponiyanın “7Tune на” nəşriyyatı öz “facebook” səhifəsində məlumat verir.

Nəticədə yapon superkarının mühərrikinin ümumi gücü 800 a.g.-ə qədər çata bilər. Bu da ona avropalı superhibridlərlə rəqabət aparmağa imkan verəcək. İlkin qiymətləndirmələrə görə, yeni “Nissan GT-R” 100 km/saatı cəmi 2,7 saniyəyə qət edə bilər, maksimal sürəti isə 340 km/saat ola bilər. Yenilik 2016-cı ildə debüt edəcək və qiyməti 120-150 min dollar arasında olacaq.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R 24.03.2014

Şərhlər


AD