Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fərdi tüninqdə Nissan GTR

Yapon sportkarı “Nissan GTR” yarandığı gündən adi idman avtomobili deyil, əsl superkar qatilidir. Buna baxmayaraq, tüninq şirkətlərinin onun satışdansonra tənzimlənməsi üçün çoxlu sayda proqramları var. Məqalədə biz Amerikanın Kaliforniya ştatında yaşayan Devid Uyanın avtomobilindən danışacağıq.

Tamamlanmış avtomobilin obrazını dəqiq təsəvvür edərək Devid öz sportkarının xarici tüninqindən başladı. Qabaq dodağın və “Zele” yan ətəklərin, qabaqda ventilyasiya olunan qanadların, arxa bamperin aşağısında “Varis” əlavəsinin, “Difflow” aşağı diffuzorun və “Revozport”-dan spoyleri olan karbon baqajın daxil olduğu böyük asma sayəsində banın aerodinamik keyfiyyətlərini və eksteryerin eksklüzivliyini yaxşılaşdırmaq mümkün olub.

Bundan əlavə, tüninq olunmuş sportkar seriyalı modeldən karbon dam, yüngül arxa görünüş güzgüləri “CraftSquare”, “Titek Custom” karbon əlavələr və digər bəzək detalları ilə fərqlənir. “JRZ RS Pro” dəstinin köməyi ilə avtomobilin asılqanını aşağı salmaqla və idarəetməni yaxşılaşdırmaqla Devid adi təkərləri 20-düymlük “Cor Wheels” diskləri ilə əvəz etdi və onlara “Michelin PSS” şinləri “geyindirdi”.

Disklərin iki rəngdə boyanması, dekorativ boltlar və narıncı əyləc supportları parlaq-ağ bana effektli təzad yaradır. DBA 5000 disklərinin və “Endless Mx72” əyləc kolodkalarının köməyi ilə əyləc sistemi də yaxşılaşdırılıb. “Nissan GTR”-in salonunda idman oturacaqları “Recaro Pole Position”, “GT-RR” sürət qutusunun dəstəyi, karbon əlavələr və 10-düymlü sabvufer “JL Audio” quraşdırılıb.

3,8-litrlik tvin-turbonun məhsuldarlığını artırmaq üçün V6 mühərriki injektor və ikili yanacaq nasosu “SIR”, yeni silindrlər bloku başlığı, sifarişlə hazırlanmış buraxılış kollektoru, böyüdülmüş “GTC” boruları, “GotBoost”, “Top Secret”, “Switzer” və “Meisterschaft” sistemləri, o cümlədədn yeni elektron idarəetmə bloku ilə təchiz edilib. Sportkarın mühərriki 768 a.g. verir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R 18.03.2014

Şərhlər


AD