Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

AC Schnitzer Range Rover Sport-u tamamladı

“AC Schnitzer” alman tüninq atelyesi adətən “BMW” avtomobillərini tamamlayır, lakin, sən demə həmişə belə olmur. 2014-cü il martın 5-də Cenevrə avtosalonunda “AC Schnitzer” atelyesi tamamlanmış yolsuzluq avtomobili “Range Rover Sport 3.0L SD V6”-nı göstərdi.

“Range Rover Sport” birləşdirilmiş arxa diffuzoru olan qabaq və arxa ətəklər də daxil olan aerodinamik asma əldə etdi. Bundan əlavə alman tünerləri bu yolsuzluq avtomobilinin asılqanını yenidən köklədilər. Ona görə də klirens 50 mm azaldı.

Bundan başqa, “AC Schnitzer” mühəndisləri gücü 215 a.g.-dən 250 a.g.-dək artan 3,0 litrlik V6 dizel mühərrikini modernləşdirdilər. Təəssüf ki, “AC Schnitzer” tüninq olunmuş “Range Rover Sport”-un dinamik xarakteristikaları barədə heç nə demədi.

Lakin, almanlar fəxrlə modernləşdirmədən sonra СО2 tullantı səviyyəsinin standart versiyaya nisbətən çox azadığını bildirirlər. “AC Schnitzer”-dən “Range Rover Sport” üçün olan tüninq-paketin qiyməti hələ məlum deyil.

Hələlik tüninq paket yalnız 3.0L SD V6 versiyada “Range Rover Sport” üçün əlverişlidir. Lakin daha sonra o bu yolsuzluq avtomobilinin digər komplektasiyaları üçün də əlverişli olacaq.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Sport, AC Schnitzer 18.03.2014

Şərhlər


AD