Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald International Lexus RX-i yeniləyib

Yaponiyanın “Wald International” atelyesi “F SPORT” versiyasında olan krossover “Lexus RX” üçün avtomobilin eksteryerinin fərdiləşdirilməsinə yönəlmiş tüninq-paket hazırlayıb.

Yeni ban detalları sayəsində kompakt yolsuzluq avtomobili böyük ölçülü disklərin və əlavə aksessuarların köməyi ilə daha çox idman görünüşü alacaq. “Wald International” şirkətinin rəsmi dilerlərində tüninq-paketi və onun ayrı-ayrı elementlərini artıq sifariş etmək olar.

Qabaq bamperin aşağı hissəsinə böyük dodaq bərkidiblib, arxa bamperə isə diffuzor yerləşdirilib ki, burada biz həm də qaz buraxma sisteminin fərqli borularını və dövnmə siqnalının diodlu işıqlarını görürük.

Xarici görünüşdə, həmçinin tündləşdirilmiş şüşələr və duman əleyhinı diodlu işıqlar peyda olub. Krossoverə daha çox idman görünüşü vermək üçün asılqan aşağı salınıb, təkər arkalarına isə aşağı profilli şinləri olan 22-düymlük çoxmilli “Portofino P21F” diskləri yerləşdirilib.

AUTO.AZ



teqlər:
Lexus, Lexus RX, Wald International 17.03.2014

Şərhlər


AD