Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen sedan Passat Sport təqdim etdi

“Volkswagen” şirkəti ötən il Detroyt avtoşousunda debüt etmiş konsept-kar “Passat Performance Concept” əsasında yığılmış sedan “Passat”-ın idman variantının sirrini açdı.

Adında “Sport” sözünün əlavə olunması texniki hissəyə təsir etmədi, lakin eksteryeri yeniləyərək ona idman görünüşü qatdı. Avtomobil bu ilin sonlarında satışa çıxarılacaq və ABŞ-da onun qiyməti minimum 27295 dollar olacaq.

“VW Passat Sport” standart 1,8-litrlik 170 a.g. və 250 Nm verən EA888 turbo mühərriki ilə təchiz ediləcək. Sürəq qutusu ya 5-pilləli “mexaniki”, ya da 6-pilləli “avtomat” olacaq.

Yeni versiya “SE” və “SEL Premium” modifikasiyaları arasında qərarlaşıb. Sedan arxa spoyler, 19-düymlük “Luxor” diskləri, duman əleyhinə fənərlər, idman oturacaqları, alüminium pedallar, qapı kandarlarında paslanmayan əlavələr, yeni xalçalar və karbondan hazırlanmış dekorativ elementlərlə təchiz edilib.

Məhz bu versiyanın banı üçün xüsusi boz “Urano Gray” rəngi hazırlanıb. Bundan əlavə, avtomobili təzad yaradan rənglərlə də sifariş etmək olar. Bu zaman dam və güzgülərin korpusları qara, banın digər hissələri isə ya ağ “Candy White”, ya da gümüşü “Tungsten Silver” rəngində olacaq.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Passat, Passat Sport 17.03.2014

Şərhlər


AD