Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford Focus dəbli dizayn alacaq

Bu yaxınlarda Amerikanın “Ford” şirkəti yenilənmiş “Focus” təqdim etdi. Lakin bu, ona gələcək nəsil modeli barədə danışmağa mane olmur. “Ford”-un vitse-prezidenti “Edmunds”-a verdiyi müsahibədə bildirib ki, 2017-ci model ilinin “Focus”-u “hamar xarici görünüşlü kupe görkəmi” alacaq.

Rac Nair ətraflı məlumat verməkdən imtina edib, lakin deyib ki, dizayn əvvəlki kimi yenə də kritikdir. O, həmçinin bildirib ki, avtomobil sahibləri qəbul etməlidirlər ki, onlar emosional görünüşə görə onu seçirlər.

Ümumilikdə isə yeni “Focus”-un əvvəlki modelə oxşayacağı gözlənilir. Çox güman ki, onu dizaynda, mühərrikin xarakteristikasında, sürət qutusunda, təhlükəsizlikdə məntiqi yaxşılaşma gözləyir.

AUTO.AZ



teqlər:
Ford, Ford Focus 14.03.2014

Şərhlər


AD