Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey Mercedes G63 AMG-ni tamamladı

“Hennessey Performance” Amerika tüninq-atelyesi “yüklənmiş” yolsuzluq avtomobili “Mercedes-Benz G63 AMG” üçün HPE700 texniki köklənmə paketini hazırladı.

Bu apqreyd sayəsində tünerlər güc qurğusunun məhsuldarlığını artıra və lyuks avtomobilin idarəetməsini yaxşılaşdıra bildilər. Bundan başqa, tamamlanma proqramına başqa aksesuarlar da daxildir, əlavə məbləğə isə asılqanı modernləşdirmək, yeni təkərlər sifariş etmək və karbon ban detalları dəsti quraşdırmaq olar.

5,5 litrlik biturbo V8 mühərrikini mükəmməlləşdirilmiş buraxılış sistemi ilə təchiz etdilər ki, bu da yenidən köklənmiş elektron idarəetmə bloku ilə birgə onun çıxma gücünü 5200 d/dəqiqədə 700 a.g.-dək artırmağa imkan verdi.

Fırlanma anı 3800 d/dəqiqədə 1085 Nm-ə çatıb. “Hennessey” mühərrikə 3 il və ya 36 000 mil (48 000 km) gedişə zəmanət verir. “Mercedes G63 AMG” həmçinin avtomobilin eksklüzivliyini təsdiq edən Hennessey Performance isimlikləri və xüsusi lövhələr də əldə edir.

AUTO.AZ



Şərhlər


AD