Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti eksklüziv Veyron hazırladı

“Bugatti” şirkəti Cenevrə motorşousuna hiperkar “Veyron Grand Sport Vitesse”-nin xüsusi versiyasını gətirdi. O, fransız markasının yaradıcısı Ettore Buqattinin qardaşı Rembrandt Buqattiyə həsr edilib. Yenilik “Bugatti” brendinin 100 illik tarixi boyu onun inkişafında mühüm rol oynamış şəxslərin xatirəsinə düzəlmiş 6 xüsusi versiyadan dördüncüsüdür.

Rembrandt Buqatti XX əsrin məşhur heykəltəraşı idi. O, bürüncdən hazırlanmış heyvan heykəlləri ilə tanınırdı. Onun rəqs edən fil heykəli “Bugatti Type 41” modelinin radiatorunun mantarını bəzəyirdi. Bu model XX əsr mühəndisliyinin ən yüksək həddi hesab edilirdi.

Rembrandt Buqattinin heykəllərinin bir çoxu Parisin bitki bağında və Antverpen zooparkında yerləşdirilmişdi. Birinci dünya müharibəsində Belçika şəhərinin işğalı zamanı zooparkın işçiləri bir çox heyvanları öldürməli olmuşdular. Buna görə də Rembrandt depressiyaya düşmüşdü. Çünki bu heyvanların bir çoxu onun naturası idi. 1916-cı ildə 31 yaşlı heykəltəraş özünü öldürdü.

Rembrandt Buqattinin şərəfinə yaradılmış “Veyron” heykəltəraşın sevimli materialı rəngində - qəhvəyi-bürünc rəngində boyanıb. Bu versiyanın eksteryerinin fərqləndirici cəhəti radiator barmaqlığını çərçivəyə salan platin rəngi ilə örtülmüş nal və arxada markanın loqotipidir. Salon “konyak” tonunda hazırlanıb, oturacaqların arasında və qapı panellərində isə “rəqs edən fil” yerləşdirilib.

Hiperkarın texniki hissəsi təkmilləşdirilməyib. Xüsusi versiya 1200-güclü 8-silindrli 4 turbini olan W16 ilə təchiz edilib. Avtomobil ilk yüzlüyü 2,6 saniyəyə, 200 km/saatı 7,1 saniyəyə, 300 km/saatı isə 16 saniyəyə yığır. Bu avtomobildən cəmi 3 ədəd istehsal ediləcək. Hər birinin qiyməti 3 milyon dollar olacaq.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Veyron 11.03.2014

Şərhlər


AD