Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M4-ü təhlükəsizlik avtomobilinə çevirdilər

“BMW” şirkəti MotoGP çempionatı üçün yeni təhlükəsizlik avtomobili – kupe M4 – hazırlayib. Əvvəllər motosiklet yarışında peys-kar funksiyasını 4-qapılı “M6 Gran Coupe” yerinə yetirirdi.

“WorldCarFans” bildirir ki, “dördlük” MotoGP üçün standart güc qurğusu ilə təchiz edilib və ona 3-litrlik 431 a.g. verən tvin-turbo “altılıq” daxildir. Peys-karın hansı sürət qutusu ilə təchiz edildiyi məlum deyil.

M4 üçün 6-pilləli mexaniki və iki muftalı 7-pilləli “robot” nəzərdə tutulub. Sonuncu ilə kupe ilk yüzlüyə 4,1 saniyəyə sürətlənir. Yeni fəsil MotoGP-nin ilk mövsümü martın 23-ü Qətərdə keçiriləcək.

Yarışın təqvimində 18 yürüş var ki, onların sonuncusu noyabr ayının əvvəllərində İspaniyanın Valensiya şəhərində keçiriləcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M4 11.03.2014

Şərhlər


AD