Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW X4: X6-dan altı il sonra

Altı il əvvəl debüt etmiş yolsuzluq kupesi “BMW X6” başlanğıcda sınaq avtomobili kimi qəbul edilirdi, lakin uğur mübahisəolunmazdır. İndi bavariyalılar eyni fəndi bir qədər kiçik krossoverlə də etmək niyyətindədirlər: Cenevrə avtosalonunda onlar X3 bazasında X4 adı almış yeni variant təqdim etdilər.

Maraqlıdır ki, İsveçrədəki sərgidə avtomobili göstərmədilər və hələlik yalnız şəkillər və texniki göstəricilərlə bölüşdülər. İlk rəsmi təqdimat aprel ayında Nyu-York avtosalonunda olacaq.

Yeni bavariya krossoverinin xarici görünüşünü biz hələ ötən yaz mövsümündə, Şanxay avtosalonunda “BMW X4 Concept”-in prototipi təqdim edilərkən təsəvvür edə bilirdik.

Belə ki, həmin avtomobil qapı tutacaqlarından məhrum edilmişdi, güzgülər nazik ayaqlardan asılmışdı, qabaq bamper işıqlanan əlavələrlə lovğalanırdı, qaz boğucu borular avtomobilin altından deyil, bamperin ortasından çıxırdı.

Seriyalı avtomobil bunların heç birini almayb, hətta qabaq fənərlər də dəyişilib. Lakin konseptdən bəzi hissələr alınıb: kiçik siluet, kəskin əyilmiş qabaq şüşə və beşinçi qapı.

Avtomobil X3-dən 3,6 sm alçaq, 1,4 sm uzundur. Digər ölçülər isə eynidir. Lakin X4-ün imici daha maraqlıdır. Praktik krossoverlərin pərəstişkarlarında sual əmələ gəlir: aşağı salınmış dam salonda çox yer tutur?

Sürücü və qabaqda oturmuş sərnişin çox güman ki, fərqi hiss etmir, belə ki, onların oturacaqları X3-dən daha aşağı səviyyədə quraşdırılıb. Bu, idman avtomobilləri dünyasının qərarıdır.

Çox təəccüblüdür ki, baqaj kiçilməyib: X4-də onun həcmi 540 litrdir, X3-də isə cəmi 10 litr böyükdür. Arxa sərnişinlərin başlarının üstündəki yer buna qurban gətirilib. Ən mümkün variant “X4 xDrive20i” (184 a.g.), ondan bir pillə yuxarı “xDrive28i” (245 a.g.), ən yüksək pillədə isə benzin modifikasiyalı “xDrive35i” (306 a.g.) dayanacaq.

Onlara alternativ müvafiq 190, 258 və 313 a.g.-lü mühərrikləri olan 20d, 30d və 35d dizel variantlarıdır. Burada heç bir syurpriz yoxdur – bütün bu mühərriklər bizə krossover X3-dən bizə tanışdır. “BMW X4”-ün Qərbdə satışı yay mövsümündə başlayacaq. Bavariya yenilikləri isə bizə çox tez gəlib çatır.

AUTO.AZ



teqlər:
BMW, BMW X4 08.03.2014

Şərhlər


AD