Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cenevrədə ən güclü Abarth-ı təqdim etdilər

Cenevrə motorşousunda “Abarth” şirkətinin tarixində ən güclü modeli – “695 Biposto” – debüt etdi. Hetçbek “Fiat 500”-ün bazasında yığılmış yenilik 190-güclü mühərriklə təchiz edilir.

“Yüklənmiş” hetçbek 1,4-litrlik turbolaşdırılmış “T-Jet” mühərriki və idman sürət qutusu “Bacci Romano” ilə təchiz edilir. Bu cür güc qurğusu ilə “Abarth” ilk yüzlüyü 5,9 saniyəyə yığır. Onun maksimal sürəti 230 km/saatdır. Modelin çəkisi cəmi 997 kq-dır, çəkiyə görə isə hər at gücünə 5,2 kq düşür.

Çəkini aşağı salmaq üçün mühəndislər arxa oturacaqları (onları banın sərtliyini artıran titan dayaq əvəz edib), klimat-nəzarəti, duman əleyhinə fənərləri, audiosistemi və elektrik şüşəqaldıranları ləğv ediblər.

Bununla yanaşı, qabaq şüşələr polikarbonatdan olan tərpənən seksiyalarla əvəz edilib, salonda isə karbon karkaslı “Sabelt” çalovu və dördnöqtəli təhlükəsizlik kəməri quraşdırılıb.

Modeldə, həmçinin kömür plastikdən aerodinamik ban asması elementləri, 18-düymlük təkər diskləri, titan boruları olan “Akrapovic” qaz buraxma sistemi, tənzimlənən amortizatorlar, qabaq oxda özü bloklanan differensial, o cümlədən 4-porşnli 305-mm diskləri olan “Brembo” əyləc mexanizmləri peyda olub. Yenilik 3 tamamlama paketi ilə əldə edilə bilər. Onların arasında alüminium kapot, salonda karbon plastikdən qabaq panel və titandan təkər boltları var.

AUTO.AZ



teqlər:
Fiat, Fiat 500, Abarth 08.03.2014

Şərhlər


AD