Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Sportkar Alfa Romeo 4C rodster oldu

“Alfa Romeo” şirkəti Cenevrə avtosalonunda analoji seriya modelinin müjdəçisi  konseptual rodster “4С Spider”-i göstərdi. Sportkarın satış versiyasının 2015-ci ildə meydana gələcəyi gözlənilir.

Kupe ilə müqayisədə prototipin kütləsi 60 kq artıb (955 kq-a çatıb). Sportkarı parçadan hazırlanmış üst və çevrilmə zamanı işləyən karbon təhlükəsizlik tiri ilə təchiz ediblər. Spoylerlər və qabaq şüşənin çərçivəsi eyni materialdan hazırlanıb.

Bundan başqa, yenilikdə haşiyəsi karbon lifindən olan şəklidəyişmiş baş işığı fənərləri, bütöv alüminiumdan hazırlanmış təkər diskləri, karbon və titandan boruları olan Acropovic buraxılış sistemi meydana gəldi. Xüsusi elektron - idarə olunan klapanlar sayəsində buraxılış sisteminin səsi salondakı düyməni basdıqda dəyişə bilir.

Prototip  kupe ilə eyni mühərriklə təchiz olunub: 240 a.g. və 350 Nm fırlanma anı verən bilavasitə yanacaq vuran 1,75 litrlik “turbodördlük”. Transmissiya – iki muftası olan altıpilləli preselektivdir. Konsept-kar ilk “yüzü” 4,5 saniyəyə yığa bilir. Onun maksimal sürəti 250 km/saatda məhdudlaşır.

AUTO.AZ



teqlər:
Alfa Romeo, Alfa Romeo 4C, 4С Spider 06.03.2014

Şərhlər


AD