Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan yenilənmiş Juke təqdim etdi

“Nissan” Cenevrə avtosalonunda məşhur krossover “Juke”-un yenilənmiş versiyasını təqdim etdi. Yeniliyin həm xarici görünüşü, həm də salonu dəyişilib, o cümlədən yenilənmiş güc qurğusu sırası əldə edib.

Məsələn, “Juke”-u 1,2 litrlik turbolaşdırılmış mühərriklə əldə etmək olar. Keçən il təqdim olunan yeni nəsil “Qashqai” da belə aqreqatla təchiz olunmuşdu. 115 a.g. və 190 Nm fırlanma anı verən mühərrik yalnız mexaniki sürət qutusu ilə birgə işləyə bilər.

Bu, “Qashqai”-da olduğu kimi, atmosfer mühərrikinin yerinə gəlib. 1,6 litrlik mühərrik də dəyişikliklərə məruz qalıb. Onun faydalı iş əmsalı əvvəlki kimi 190 a.g. təşkil edir, lakin sıxılma dərəcəsinin dəyişdiyi üçün mühərrik daha qənaətcil olub.

Xarici görünüşdə nəzərə çarpan dəyişiklik yeni optikadır. Restaylinq olunmuş “Juke”-un faraları yeni “Nissan Teana” üslubunda hazırlanıb. Yeniliyin, həmçinin bamperləri və radiator barmaqlığı da dəyişilib. Sələfindən fərqli olaraq krossoverin baza komplektasiyasında artıq diodlu hərəkət işıqları var.

Bundan əlavə ilkin versiyada yenilənmiş “Juke” şinlərdə təzyiq göstəriciləri və AUX sistemini dəstəkləyən audiosistem əldə edib. Avtomobil Avropa bazarına bu yay çıxacaq.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Juke 06.03.2014

Şərhlər


AD