Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Piecha Design-dan Mercedes SL Avalange GT-R

İki alman tüninq-şirkəti “JMS” və “Piecha Design” tərəfindən daha bir birgə layihə təqdim olundu. Bu rodster “Mercedes-Benz SL” üçün “Avalange GT-R” staylinq paketi oldu. Əvvəla, tunerlər tərəfindən 12 min avro qiymətləndirilən banın yeni aerodinamik asması hazırlandı. Tüninq  proqamı apreldə satışa çıxarılacaq və ona ban detallarından başqa, eksklüziv konstruksiyalı təkərlər, mühərrik və asılqan üçün texniki əlavələr daxil ediləcək.

Bodi-kit daha aqresiv qabar bamperdən, yenidən işlənmiş radiator barmaqlığı ilə çox gözəl uyğunlaşan hava çıxıntılarından, yan ətəklərdən, diffuzoru olan yeni arxa bamperdən və baqaj qapağının üzərində spoylerdən ibarətdir.

Bundan başqa, qabaq qanadlarda yeni ventilyasiya çıxıntıları, diodlu işıqlar və səsboğucunun sonluğunda bir cüt borucuqlar quraşdırılıb. Aşağı salınmış asılqan və aşağı profilli şinləri olan böyük çoxmilli disklər avtomobilin eksteryerinə daha çox idman görünüşü qatır, güc qurğusunun yenilənməsi isə dinamikanı artırır.

AUTO.AZ



Şərhlər


AD