Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus altıoxlu G-Class-ı yenilədi

Yarım il əvvəl “Brabus” şirkəti 6-oxlu yolsuzluq avtomobili “Mercedes-Benz G63 AMG 6×6”-nın bazasında yeni “B63S” modelini düzəltmişdi və indi o sizləri növbəti eksklüziv model – “Brabus 700 6×6” – ilə tanış etmək istəyir.

Pikap əvvəlki modifikasiyadan fərqli ban asması və daha möhtəşəm daxili bəzəklə fərqlənir. Yeniliyin dünya üzrə debütü gələn ay keçiriləcək Cenevrə avtosalonunda olacaqdır. Bu avtomobilin qiyməti barədə hələlik məlumat yoxdur.

Xarici görünüşdə “Brabus 700 6×6” yan tərəflərdə əlavə ayaqaltılara və arxa bamperdə fərqli qoruyucuya malikdir. Bundan əlavə, tünerlər xaricdə diodlu işıqlandırmanı da yeniləyiblər. Bir hissəsi karbon lifindən hazırlanmış digər ban elementləri isə dəyişilməz qalıb.

“Brabus” dizaynerləri oturacaqları, dirsəkaltıları, qapı panellərini və polu parlaq qırmızı rəngli dəri əvəzinə bu dəfə bej dəridən işləyiblər. Dam və sütunlar isə açıq-qəhvəyi alkantara ilə işlənib. Salonda, həmçinin yeni alüminium pedallar və qızılı rəngli stəkanaltılar peyda olub, ban ağac rəngdə rənglənib.

5,5-litrlik tvin-turbo V8 mühərriki 700 a.g.-ə qədər gücləndirilib və 100 km/saat sürəti 7,4 saniyəyə yığa bilir, maksimal sürət isə 160 km/saatdır.

Orta yanacaq sərfiyyatı 100 km məsafəyə 17 litrə bərabərdir. Bu zaman CO2 397 q/km-ə olur.

AUTO.AZ



Şərhlər


AD