Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley Continental GT Speed-i yenilədi

Gələn ayın əvvəlində açılacaq Cenevrə avtosalonunda “Bentley” şirkəti yenilənmiş sportkar “Continental GT Speed”-i təqdim edəcək.

Avtomobil bir sıra kosmetik yeniliklər və gücləndirilmiş mühərriklə seçilir ki, bu da ikiqapılı kupeni britaniyalı avtomobil istehsalçısının ən sürətli seriya modeli edir.

Genişləndirilmiş standart komplektasiya ilə yanaşı, müştərilər yeni opsiyalar da sifariş edə biləcəklər. İngilis sportkarının satışı yayda başlayacaq.

6,0-litrlik tvin-turbo W12 mühərrikinin gücünü 10 a.g. və 20 Nm artırmaq mümkün olub. Rəsmi rəqəmlər belədir: 635 a.g. və 820 Nm. 8-pilləli avtomatik ZF sürət qutusu ilə təchiz olunmuş “Bentley Continental GT Speed” ilk yüzlüyə 4,2 saniyəyə, 160 km/saata 9 saniyəyə sürətlənə bilir və onun maksimal sürəti 331 km/saatdır. Kabriolet cəmi 4 km/saat ləngdir.

Avtomobilin azalmış klirensi olan daha sərt asılqanı, bir qədər yenidən işlənmiş aerodinamik ban asması, tündləşdirilmiş işıqdiodlu fənərləri və yeni daxili bəzəkyi var.

Başqa hissələr də dəyişilib, məsələn, 21-düymlük disklər və əyləc supportları. Əlavə ləvazimatlar siyahısına indi daha yeddi yeni opsiya daxil edilib.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Continental GT 03.03.2014

Şərhlər


AD