Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mini qapıların sayını artırır

“MINI” şirkəti Cenevrə motorşousunda geniş tamaşaçı kütləsinə təqdim etməyə hazırlaşdığı konseptual universal “Clubman”-nın sirrini açdı. İngiltərə brendinin ən böyük modeli altı qapı əldə etdi. Yük yerinin yolu iki ayrı qapı ilə bağlıdır.

Universal hetçbek ilə eyni üslubda hazırlanıb, lakin bununla belə bəzi yeni dizayn xüsusiyyətlərinə malikdir. Konseptin əsasında seriya modelinin yaradılması da gözlənilir. Onu yarım ildən sonra Paris avtosalonunda göstərəcəklər.

“MINI Clubman” aşağıdakı qabaritlərə malikdir: uzunluq – 4223 mm, en – 1844 mm və hündürlük – 1450 mm. Gələcək nəsil avtomobil əks tərəfə açılan arxa yan qapıları olan sələfindən 260 mm uzun, 170 mm enli və 25 mm hündür oldu. Universal qabaritlərinə görə hətta krossover “Countryman”-i də keçir.

Dizaynerlər konsept-karın arxasında açıq qapıları saxladılar, lakin indi onlar əvvəlki kimi üfüqi deyil, şaquli yerləşiblər. Yeni “MINI Clubman” dəbli və bahalı görünür. Bu yeni dizayn və əlavə aksesuarların hesabına əldə edilir. Yəqin ki, yeni modelə böyük, xromlaşdırılmış radiator barmaqlığı və 19-düymlük disklər quraşdırmayacaqlar.

Salonu dəri ilə tikib, ağacdan və patinlənmiş gümüşdən qoymalarla bəzəyiblər. Sükanın arxasında yerləşən cihaz paneli iki böyük dairəvi displey vasitəsilə təqdim olunur, mərkəzi konsolun yuxarısında isə informasiya-əyləncə sisteminin dairəvi sensorlu ekranı quraşdırılıb. Bundan başqa, avtomobil bort cihazlarını idarə etmək üçün bir sıra sensorlu düymə əldə etdi.

Lyuks universal “MINI Clubman”-nın güc qurğularını gələcək nəsil hetçbek “MINI Cooper”-lə unifikasiya edirlər. 1,5 litrlik üçsilindrli və 2,0 litrlik dördsilindrli dizel və benzin mühərrikləri ilə 6-pilləli mexaniki və avtomatik sürət qutuları işləyəcək. Yeni “MINI Clubman” cari ilin sonunda satışa çıxarıla bilər.

AUTO.AZ



teqlər:
Mini, Mini Clubman 28.02.2014

Şərhlər


AD