Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford rəsmən yenilənmiş Focus-u təqdim etdi

Şirkət Cenevrə avtosalonunun açılmasını gözləməyib İspaniyada “cavanlaşmış” “Focus”-u təqdim etdi. Gələn həftə o Cenevrə tamaşaçılarının qarşısına çıxmaq üçün İsveçrəyə gələcək.

Ford satış tempini aşağı salmamaq üçün “Focus”-u lazımi qaydada saxlamağa çalışır: zarafat deyil – keçən il ərzində bütün dünyada bu modelin 1,1 mln nüsxəsi istehsal olunub. Təkcə avropada hər 90 saniyədən bir konveyerdən növbəti “Focus” çıxırdı.

Bu dəfə kapot, radiatorun üzü, fənərlər və dumanəleyhinə fənərlər yenidən işləndi. Əlverişli rənglər palitrasına göyün daha iki çalarını əlavə etdilər – “Deep Impact Blue” və “Glace Blue”. İnteryerdə mərkəzi konsol, sükan dairəsi və dəyişdirici açarlar dəyişikliyə məruz qaldı.

Bundan başqa, Ford-un Avropa model sırasında ilk dəfə 8-düymlük sensorlu ekranı, səs idarəetməsi “musiqi”, naviqasiya, klimat kontrol və mobil telefonu olan SYNC 2 multimediya sistemini “Focus” əldə etdi.

Güc aqreqatları qammasını iki yeni 1,5 litrlik mühərrik: versiyadan asılı olaraq 150 və ya 180 a.g. verən EcoBoost və 95 və ya 120 a.g. verən turbodizel mühərrikləri tamamlayacaq.

Gələn il şirkət yanacaq sərfi indikindən 17% aşağı olan, avtomatik transmissiya ilə birgə işləyən litrlik EcoBoost mühərriki ilə təchiz olunmuş “Focus” təqdim etməyi söz verir.

Avtomatik sürət qutusu olan modifikasiyalarda seçim kimi sükana keçirilmiş ötürücü dəyişdiriciləri təklif olunacaq.

AUTO.AZ



teqlər:
Ford, Ford Focus 27.02.2014

Şərhlər


AD