Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tünerlər Nissan GT-R-i kabrioletə çevirdilər

NCE (Newport Convertible Engineering) Amerika tüninq-atelyesi superkar “Nissan GT-R”-in açıq modifikasiyasının hazırlandığını elan etdi. Layihə haqqında dəqiq məlumat yoxdur, lakin dərc olunmuş şəkillərdən görünür ki, şirkət kabrioletin bir neçə dizayn variantını hazırlayıb. Bura təhlükəsizlik qövsləri və onlarsız versiyalar da daxildir.

Tam ötürücülü superkar “Nissan GT-R” iki turbinli və iki muftası olan robotlaşdırılmış sürət qutusu ilə təchiz olunmuş 550 a.g. verən altısilindrli 3.8 aqreqatı ilə təchiz olunur. Belə güc qurğusu ilə kupe 100 km/saatı cəmi 2,8 saniyəyə yığa bilir. Maksimal sürət isə 315 km/saatdır.

Bundan başqa, modelin Nismo atelyesində hazırlanmış “yüklənmiş” modifikasiyası da var. Superkar 600 a.g.-dək gücləndirilmiş mühərrik, daha sərt asılqan və banın yeni aerodinamik asmasını əldə eti.

NCE atelyesi həmçinin “Toyota Prius”, “Porsche Cayenne”, “Range Rover”, “Mercedes-Benz G-Class”, “Chevrolet Camaro” və “Jaguar XJ”-in açıq versiyalarını düzəltməyi təklif edir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R, NCE 27.02.2014

Şərhlər


AD