Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ABT Sportsline Volkswagen Golf R-I tamamlayıb

Məşhur tüninq-atelyenin ustaları “Audi RS6”-nı superkarların düşməninə çevirir. “Golf R” də elə də asan “ovun” ovçusuna çevrilmir. 300 a.g. hetçbeki ilk yüzlüyə 5,1 saniyəyə çatdırır və 250 km/saat maksimal sürət yığmasına imkan verir.

“ABT Sportsline”-ın yüngül “masajından” sonra avtomobil daha təkmilləşdirilmiş görünür. Elektron “beynin” yenilənməsi ilə tünerlər bildirirlər ki, 70 a.g. əlavə edildikdən sonra fırlanma anı 380-dan 460 Nm-ə qədər artıb. Yerindən 100 km/saata sürətlənmə 0,6 saniyə tezləşib.

İndi artıq avtobanların kralları özlərini təhlükəsizlikdə hiss edə bilməyəcəklər. Niyə? Elə həmin “Porsche 911 Carrera” də! Yüklənmiş “Golf”-un maksimal sürəti 265 km/saatdır. Düzdür, o 350 a.g.-lü 280 km/saatdan çox sürət yığa bilən sportkupeni avtobanda arxada qoya bilməz, lakin bir getməyə elə də çətinliklə üzləşməz.

AUTO.AZ



Şərhlər


AD