Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover ən güclü Evoque təqdim etdi

Beynəlxalq Cenevrə avtomobil sərgisində Britaniyanın yolsuzluq avtomobilləri istehsalçısı Land Rover krossover “Range Rover Evoque” üçün yeni güclü modifikasiyası olan “Autobiography Dynamic”-in ən sürətli variantını təqdim etdi.

Avtomobil təkmilləşdirilmiş texniki hissə və bir sıra üslubi yeniliklər əldə etdi. Yenilik satışa bu ilin oktyabrında çıxarılacaq, üç və beşqapılı banla təqdim olunacaq. Kompakt yolsuzluq avtomobilinin ehtimal olunan qiyməti 50 000 funt sterlinqdir.

Gücləndirilmiş 2,0-litrlik 4-silindrli benzin mühərrik əlavə 45 at gücünə, 60 Nm fırlanma anına malik oldu. Mühərrikin gücü 285 a.g., 400 Nm oldu.

Optimallaşdırılmış 9-pilləli ZF sürət qutusu həm idman, həm də adi rejimlərdə daha cəld oldu və bu da lüks krossoverin dinamikasına müsbət təsir etdi.

“Range Rover Evoque Autobiography Dynamic” daha sərt yaylarla və uyğunlaşdırılmış amortizatorlarla, o  cümlədən 20-düymlük təkər diskləri, 350-mm əyləclərlər, dəyişilmiş radiator barmaqlığı, daha aqressiv bamperlər və xüsusi lövhəciklərlə təchiz edildi.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Evoque 20.02.2014

Şərhlər


AD