Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rinspeed XchangE anonim sedanını hazırlayır

Beynəlxalq Cenevrə sərgisinin unikal konseptlərindən biri qeyri-adi avtomobillərin yaradılmasında ixtisaslaşan İsveçrə şirkəti Rinspeed tərəfindən hazırlanmış avtomobil “XchangE” olacaq.

Avtomobil Amerika elektromobili “Tesla Model S”-in bazasında hazırlanıb və müasir avtopilot sistemi ilə təchiz olunub. Bundan başqa avtomobildə sərnişinlərin təhlükəsizliyini təmin edən bir çox başqa yeni sistemlər var. İstehsalçının fikrinə görə gələcəkdə biznes-klass avtomobillərinin çoxu bu texnologiyalarla təmin olunacaq.

“Rinspeed XchangE” sərbəst hərəkət üçün məlumatı təkcə naviqasiya sistemindən deyil, həm də yol hərəkətinin digər iştirakçılarından və yol infrastrukturunun müxtəlif obyektlərindən alır. LTE modulu sayəsində avtomobil xüsusi məlumat deposuna qoşulur və yoldakı vəziyyət barədə məlumat alır. Cihaz paneli 1200 mm-lik böyük displeylə təqdim olunub.

Mərkəzi konsoldakı yönəldici sükan dairəsinin yerini bir tərəfdən başqa tərəfə dəyişməyə imkan verir. Bu yenilik xüsusi texnologiya sayəsində mümkün olub. Bu texnologiyaya görə sükanın təkərlərlə heç bir mexaniki birləşməsi yoxdur. Sükandan təkərlərə məlumat elektrik sistemi sayəsində ötürülür. Eyni texnologiya sedan “Infiniti Q50”-də də quraşdırılıb.

Elektrokar HTML5 platformasına əsaslanan Harman əyləncə sistemi ilə təchiz olunub. Salonun arxa hissəsində 32-düymlük televizor yerləşir. Qabaq oturacaqları hərəkətin əksi istiqamətinə çevirib ona baxmaq olar. Salon geniş transformasiya imkanlarına malikdir. Təkcə qabaq sərnişinlərin oturacaqlarını 20 vəziyyətdə tənzimləmək olar.

Beləliklə, yolda əyləncə sistemini klaviatura və ya jestlərlə idarə edərək demək olar ki, üfüqi vəziyyət almaq olar. “Rinspeed XchangE”-in içində bahalı İsveçrə markası olan Carl F. Bucherer saatı saxlanılan mücrü yerləşir. Mücrü daim hərəkətdə olan kürədir.

Prototipin damı pleksiqlasdan hazırlanıb və damın rəngini və salonun işıqlandırılmasını seçməyə imkan verən 358 işıqdiodu ilə təchiz olunub. Daha 98 işıqdiodu altında açılıb bağlanan klaviatura gizlənmiş cihaz panelində yerləşdirilib. Avtomobil haqqında daha ətraflı məlumat Cenevrədəki rəsmi debütündən sonra məlum olacaq.

AUTO.AZ



teqlər:
Tesla, Tesla Model S, XchangE 20.02.2014

Şərhlər


AD