Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Peugeot yeni kabrioleti təqdim etdi

Peugeot şirkəti 108 indeksi almış yeni kompakt-karının sirrini açdı. O sələfi “Peugeot 107”-dən bir az da böyük və yüngül oldu, yeni mühərrik qamması və qatlanan parça dam da daxil olmaqla üç ban növü əldə etdi.

Fransız kompaktının qabarit uzunluğu 3,47 m-dir. Bu “Peugeot 107”-dən cəmi bir neçə sm böyükdür. Bununla belə, hetçbek 30 kq yüngül oldu – indi onun kütləsi 840 kq-dır. İstehsalçı bildirib ki, hetçbek həm üç həm də beşqapılı ban əldə edəcək. O, həmçinin “Peugeot 108 TOP!” adlanan sürpriz modifikasiya da nəzərdə tutub.

Bu versiya parça damla fərqlənir. Onu elektrik ötürücü ilə yük yerinin qapısının birləşdiyi yerə tərəf çəkmək olar. Bu zaman hetçbekin sərnişinləri üzərində açılan dəliyin ölçüləri – 76x80 sm-dir. Yəqin ki, belə mexanizmlərlə təchiz olunmuş “Fiat 500C və ya Citroen DS3 Cabrio” kimi modellərin bazara çıxarılması fransızları belə bir addım atmağa məcbur etdi.

Ən kiçik “Peugeot”-nun fərdiləşmək üçün çox geniş imkanlarının olduğu bildirilir. Model üçün iki unikal rəng də daxil olmaqla, səkkiz ban rəngi təklif olunub. Üçqapılı hetç iki ikirəngli boyanma sxemi, “108 TOP!” versiyası isə - üç dam rənginə malikdir. тİnteryerin üç üz çəkmə variantını qabaq panelə olan altı rəng variantından biri ilə düzəltmək olar. Nəhayət, yeddi fərdiləşdirmə proqramı nəzərdə tutulub. Layihənin brend-meneceri Beatris Qarik bildirdi ki, belə geniş seçimlə hər bir “Peugeot 108” unikal olacaq.

Güc qurğusunu da seçmək mümkün olacaq. Kompaktı 69 və 83 a.g. verən iki kiçik benzin aqreqatından ibarət olan mühərrik qamması ilə təchiz ediblər. Həm də daha güclü aqreqatı yalnız 5-pilləli mexaniki sürət qutusu ilə quraşdırmaq olar. Kiçik mühərrik üçün isə analoji pillə sayı olan “robot” əlverişlidir. Hetçbekə əlverişli avadanlığın geniş spektri – avtomatik kondisioner, multimediya sistemi, 7-düymlük monitor və 15 düym ölçülü təkər diskləri söz verilib. Yeniliyin Avropa satışları iyulun 1-i başlayacaq. “Peugeot 108”-in təqdimat mərasiminin Cenevrə avtosalonunda keçirilməsi planlaşdırlır.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot 108 18.02.2014

Şərhlər


AD