Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault Fiat 500-ün rəqibini göstərdi

Renault şirkəti yeni nəsil hetçbek “Twingo”-nun eksteryerinin rəsmi şəkilləri ilə bölüşdü. Yeniliyin rəsmi təqdimat mərasimi 2014-cü ilin martında Cenevrə avtosalonunda keçiriləcək.

Yenilik yeni nəsil “Smart ForFour” ilə bir platformada düzəldiləcək və arxa mühərrik sxemi əldə edəcək. Renault-nun baş dizayneri Lourens van der Akerin verdiyi məlumata görə, bu salonun sahəsini maksimum böyütməyə və avtomobilin manevretmə qabiliyətini yaxşılaşdırmağa imkan verəcək.

Bununla belə, yeni “Renault Twingo” haqqında əlavə texniki təfərrüatlar bildirilmir. İlkin məlumatlara görə, yenilik üçsilindrli mühərriklər, həmçinin – “Renault Clio”-ya quraşdırılan 90 a.g. verən 0,9 litrlik turbo mühərrik əldə edə bilər.

Həmçinin kompaktın yüklənmiş versiyaları – “Renault Twingo RS” və “Gordini”-nin də meydana gələcəyi istisna edilmir. Hal-hazırda yeni “Twingo”-nun interyerinin təsvirləri göstərilmir.

Yeniliyin qiyməti də bildirilmir. Qeyd edək ki, hal-hazırda “Renault Twingo” Avropada 9 990 avro qiymətləndirilir.

AUTO.AZ



teqlər:
Renault, Renault Twingo 18.02.2014

Şərhlər


AD