Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Group-dan Mercedes G-Wagon Gladiator

Məşhur Kanada atelyesi SR Auto Group-un atelyesində daha bir alman yolsuzluq avtomobili, möhtəşəm “Mercedes-Benz G-Wagon” tamamlanıb. Layihə aqressiv xarici görünüşü sayəsində “Qladiator” adını alıb.

Bu aqressivlik Brabus şirkətinin ban asması, ADV.1 Wheels böyük təkər diskləri və eksteryerin eksklüziv bəzəyi  sayəsində baş verib. Avtomobilin texniki içliyində heç nə dəyişilməyib.

Yeni diodlu hərəkət işıqları, ventilyasiya olunan karbon kapot, Brabus loqotipli radiator barmaqlığı, təkər yarımhalqaları genişləndiriciləri, qapı qoymaları və yenidən işlənmiş arxa bamper cipə yenilik əlavə etdi.

Arxa təkərlərin yanlarından çıxan qazçıxma boruları, diodlu işıq və banı örtən qara vinil təbəqə avtomobilə eksklüzivlik verir. Standart təkərlərin yerinə tünerlər bürünc rəngə boyanmış 22 düymlük ADV 7.0 MV2 diskləri quraşdırıblar.

Disklər 305/40 ölçülü Pirelli şinlərinə “bürünüblər”. Tonlaşdırılmış şüşələr və qırmızı əyləc supportları yolsuzluq avtomobilinin yeni üslubunu tamamlayıblar.

AUTO.AZ



Şərhlər


AD