Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW-nin yeni modeli markanın ənənələrini dəyişdirdi

Çox illərdən bəri “BMW” əməkdaşları və brendin pərəstişkarları əfsanəvi markanın model qammasında qabaq təkərlərə ötürücünün olmaması ilə fəxr edirdi. Lakin dünyəvi dəyərlərin təzyiqi altında Bavariyalılar da sındı. Onların təzə təqdim etdikləri hetçbek qabaq ötürücülü oldu.

BMW təmsilçiləri iddia edirlər ki, 2 seriyanı tamamlayan “Active Tourer” modifikasiyası meqapolis üçün ideal nəqliyyat vasitəsi olacaq. Məhz buna görə hetçbeki BMW üçün ənənəvi olan arxa ötürücüdən məhrum ediblər. Tərtibat üsulunun dəyişilməsi yüksək dam xətti və təsirli 2 670 mm-lik təkər bazası ilə birgə yeniliyi geniş və funksional salonla təchiz etməyə imkan verdi.

Yeri gəlmişkən, təkər bazasının ölçülərinə görə hetçbek 3 seriya sedanına cəmi 140 mm çatmır. Bununla belə “Active Tourer”-in banı kifayət qədər yığcam – 4 342 mm uzunluğu (3 seriyadan demək olar ki, 30 sm qısa), 1 800 mm eni və 1 555 mm hündürlüyü oldu.

İstehsalçı yenə də modelin idman xarakterini nəzərə çarpdırmaq fürsətini əldən qaçırmadı. Bu sürücüyə tərəf açılmış mərkəzi konsolun köməyi ilə baş verdi. Qalan hissələrdə isə hetçbek daha çox ailə avtomobilinə oxşayır.

Məsələn, onun arxa oturacaqları standartda uzununa tənzimlə təchiz olunur, divanın söykənəcəyi üç hissəyə ayrılıb və 40:20:40 proporsiyasında üç hissəyə bölünür. Yeniliyin nisbətən kiçik banı 468-dən 1 510-dək böyük həcmli yük yeri ilə təchiz olunub. “BMW”-də xırda-xuruş üçün çox sayda əlavə ləmələrin olduğu qeyd olunur.

Satışa başlanan zaman “BMW 2 Series Active Tourer”-i üç mühərrikdən biri ilə təchiz etmək olar. Əsas mühərrik kimi Mini-dən götürülmüş 1,5 litrlik  üçsilindrli aqreqat təyin olunub. O 136 a.g. və 220 Nm fılanma anı verir və hetçbeki 100 km/saata 9,3 saniyəyə sürətləndirir.

Bu zaman 100 km-ə 4,9 litr sərf edir. Ən qənaətli “BMW 218d” versiyası olmalıdır. Bu versiya 150 a.g. verən 2 litr həcmli dizel mühərriki ilə təchiz olunub – o 100 km yola 4,1 litr yanacaq sərf edir. Bununla belə dizellə işləyən “Active Tourer”-i asta adlandırmaq olmaz. O 100 km/saata 8,9 saniyəyə sürətlənir.

Ən sürətli isə hələlik 231 a.g. verən ikilitrlik benzin mühərriki ilə işləyən 225i modifikasiyasını hesab etmək olar. 100 km/saata sürətlənmək üçün belə “Active Tourer” 6,8 saniyə sərf edir. Onun maksimal sürəti 235 km/saatdır. Bir müddətdən sonra istehsalçı əlverişli güc aqreqatlarının spektrini genişləndirmək fikrindədir – hetçbekin 216d, 220d və 220i versiyaları meydana gələcək. Bundan başqa, “Active Tourer” tam ötürücü sistem də əldə edəcək. Amma bundan yalnız ən güclü modifikasiyalar istifadə edə biləcək.

“BMW”-də yenilik üçün üç ənənəvi seçim paketi də hazırlanıb - Sport Line, Luxury Line və M Sport. Onlar bir birindən banın tərtibatı, təkər diskləri və interyerdə bəzi aksentlərlə fərqlənir. Sonuncu paket, hər şeydən əlavə, özünə idman asılqanı, 18 düymlük təkərlər, idman oturacaqları və M-sükan daxil edir. “BMW 2 Series Active Tourer” Cenevrə avtosalonunda debüt etmək niyyətindədir. Yeniliyin satışları premyeradan sonra başlayacaq, qiymətləri isə hələlik istehsalçı bildirmir.

AUTO.AZ



Şərhlər


AD