Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yüklənmiş S1 Quattro-nun sirrini açdı

Audi şirkəti yeni “qaynar” hetçbek “Audi S1 Quattro”-nun texniki təfərrüatlarını və qiymətini açıqladı. Hər şey janr ənənəsinə uyğundur: daha aqressiv xarici görünüş, gücləndirilmiş mühərrik və yenidən işlənmiş hərəkət hissəsi.

Yeniliyin təqdimat mərasimi Cenevrədə keçiriləcək. “S1 Quattro”-nun “yüklənmiş” versiyasının üslubu martda Cenevrədə debüt edəcək restaylinq olunmuş A1-də olduğu kimidir.

Lakin “qaynar” S1 adi A1-dən  daha böyük ban asması, 225/35 R18 ölçülü  enli şinlər, yük yerinin damındakı kiçik palçıqqoruyucu və dörd qazçıxma qolu ilə fərqlənir.

Avtomobilə həmçinin qırmızı əyləc supportları (seçim), qabaq oxda isə 310 mm diametrədək böyüdülmüş əyləc diskləri quraşdırılıb.

Texnikaya gəldikdə isə S1 versiyası 231 a.g və 370 Nm fırlanma anı verən ikilitrlik TFSI turbomühərrikinin modifikasiya edilmiş versiyasını əldə edib. 6-pilləli “mexanika” ilə üçqapılı versiya 100 km/saata 5,8, beşqapılı isə - 5,9 saniyəyə sürət yığır.

“Qaynar” hetçi martda Cenevrə avtosalonunda göstərəcəklər. Yenilik 2014-cü ilin ikinci yarısında meydana gələcək.

Məlumdur ki, Almaniyada üçqapılı “S1 Quattro”-nun qiyməti 30 000, beşqapılının isə 30 800 avrodan başlayır.

AUTO.AZ



teqlər:
Audi, Audi A1, Audi S1 13.02.2014

Şərhlər


AD