Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner tüninq-atelyesi “BMW M3”-lə sağollaşır

Vorsteiner şirkəti istehsaldan çıxarılmış keçmiş nəsil “BMW M3” üçün yenilənmiş tüninq-paket buraxdı.

Alman tüninq atelyesinin Kaliforniya bölməsində şəkildə təqdim olunan E92 banında idman kupesini aerodinamik asmanın vacib hissələri və eksklüziv dizaynlı təkər diskləri ilə təchiz edib.

Müştərinin istəyinə görə avtomobil onun üslubunun individuallığını nəzərə çarpdıran başqa aksesuarlarla da təchiz edilə bilər. Bayırdan avtomobil əlavə əyləc mexanizmləri olan qabaq bamperin karbon dodağını, arxa bamperin Type II karbon diffuzorunu və yük yerinə birləşdirilmiş spoyler əldə edir.

Tünd aksentlerin (radiator barmaqlığı, arxa görünüş güzgülərinin korpusları, dam) ağ banla kontrast təşkil etməsi eksteryerə xüsusi görünüş verir.

Sonra sportkarın optikası tündləşdirildi, yan reflektorlar banın rənginə boyandı, qazçıxmaborusunun qolları qara rəngə boyanıb, şüşələr tonlaşdırılıb və BMW emblemi Vorsteiner loqotipi ilə əvəz edilib.

Sonda Vorsteiner “BMW M3”-ü müxtəlif enli 19 düymlük Flow Forged V-FF 101disklərnə oturdub.

Bu disklər geniş aşağı profilli Michelin Pilot Super Sports şinlərinə “bürünüb”.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, Vorsteiner 12.02.2014

Şərhlər


AD