Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mode Carbon-dan BMW M3 Silverstone Slicer

BMW markasının satışdan sonrakı köklənməsi sahəsində ən aparıcı mütəxəssislərdən biri olan Mode Carbon şirkəti, tamamlanmış kupe “M3”-ü təqdim etdi.

Bu atelyenin əksər layihələrinin yüngül texniki tamamlamalarla uyğunlaşan sadə kosmetik yeniliklər əldə etdiklərinə baxmayaraq, “Silverstone Slicer” ləqəbli sportkar daha ciddi dəyişikliklərə məruz qaldı. Apqreyd bana, asılqana və əlbəttə ki, avtomobilin mühərrikinə təsir etdi.

Qabaq bamperin karbon aşağı dodağı və yük yerinin qapağında yerləşən kiçik karbon spoiler sayəsində banın aerodinamik xüsusiyyətləri düzəldi.

Görünür sifarişçi yan ətəklərin və arxa GT4 diffuzorunun quraşdırılmasından imtina edib, lakin o KW Clubsport koyloverləri və HRE R43 təkər disklərinin quraşdırılması təklifindən istifadə edib.

Kontrast rənglər bavariya kupesinin xarici görünüşünə eksklüzivlik verməyə kömək etdi. b420 a.g. verən 4,0 litrlik V8 mühərriki Akrapovic Evolution qazçıxma sistemi və ESS şirkətindən EİB softu ilə təmin olunub.

Sonda tünerlər tərəfindən güclü Stoptech Trophy əyləc sistemi quraşdırılıb.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, Mode Carbon 11.02.2014

Şərhlər


AD