Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW şirkəti krossover Х3-ü yenilədi

“BMW” şirkəti krossover “X3”-ün restaylinq versiyasının sirrini açdı. Kiçik xarici görünüş və interyer yeniliklərindən başqa model yeni dizel mühərriki əldə etdi və yalnız arxa ox ötürücüsü olan baza modifikasiyasını saxladı. Düzdür, sonuncu yalnız ABŞ bazarı üçün nəzərdə tutulub.

Restaylinq olunmuş “BMW X3”-ü tanımaq kifayət qədər asan olacaq. Krossover orijinal yeni baş optikası, şəklidəyişmiş radiator barmaqlığı və yeni qabaq bamper əldə etdi.

Bundan başqa, ban üçün əlverişli rəng qamması və “X3” üçün təklif olunan təkər diskləri spektri tamamlandı. İnteryer dəyişiklikləri daha cüzidir. Krossoverin salonunda qabaq panelə yeni qoymalar və cüzi modernləşdirilmiş mərkəzi konsol meydana gəlib.

İnteryer bəzəyi isə artıq dörd rəng çalarındadır. Mühərrik qammasına gəldikdə isə, o ikilitrlik dizellə tamamlanıb. ABŞ üçün olan variantda 180 a.g. sürət verəcək, Avropa bazarı üçün olan variantda isə 10 a.g. əlavə oluna bilər.

Mühərriki 8-pilləli avtomat sürət qutusu ilə aqreqatlaşdırmaq təklif olunur. “BMW” təmsilçiləri bildiriblər ki, restaylinqdən əvvəlki variant “BMW X3 xDrive 2.0d” gücü 6 a.g. artırmaqla birgə, yanacağa 7,1% qənaət edə biləcək.

Yenilnmə proseduru zamanı “BMW X3” bir ötürücülü baza versiyasını saxlayıb. 245 a.g. verən ikilitrlik benzin turbomühərriki ilə işləyən krossover ABŞ bazarına yalnız arxa ox ötürücüsü ilə olan variantda çıxacaq.

Onun ailədə ən əlverişli variant olacağı və qiymətinin 39 325 ABŞ dolları olacağı gözlənilir.

AUTO.AZ



teqlər:
BMW, BMW X3 08.02.2014

Şərhlər


AD