Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

200 000-ə yaxın Potiac çağırılır

General Motors konserni 40 000-i ABŞ-dan kənarda satılmış 200 000-ə yaxın Pontiac Vibe avtomobillərini geri çağırır. Automotive News, kompaniyanın təmsilçisinin verdiyi məlumata əsasən bildirir ki, çağırışın səbəbi bizim artıq yazdığımız Toyota Matrix-in geri çağırılma səbəbi ilə eyni olub, mühərrikdə yarana biləcək nasazlıqdır. Pontiac Vibe və Amerika üçün istehsal olunan Toyota Matrix demək olar ki, eyni banda olub, müxtəlif loqotipləri daşıyırlar və dizaynlarında bir az fərq var. Dəstləşdirmə detallaını isə eyni kompaniya göndərir. Bu modeli, indi bağlı olan Kaliforniyadakı NUMMI zavodunda yığıblar.

İlkin məlumata görə səbəb mühərrikin gözlənilmədən dayanmasıdır – defekt, avtomobilin elektrik ehtiyacının böyük qismini təmin edən elektron idarəetmə blokundakı defektdir. Kompaniyadan bildiriblər ki, defektin yaranma səbəbinin istintaqı ilə yaxından əməkdaşlıq edirlər.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
General Motors, Pontiac, Pontiac Vibe 30.08.2010

Şərhlər


AD