Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan eksklüziv Mercedes-Benz G63

Brabus şirkəti ən son avtomobillərindən birini – tamamlanmış yolsuzluq avtomobili “Mercedes-Benz G63 AMG”-ni – təqdim etdi. Çoxlarının sevimlisi olan bu cip Widestar asması və B63–620 texniki tüninq paketi əldə etdi.

Lakin məhz bu avtomobilin əsas yeniliyi eksklüziv göy “Mystic Blue” çaları və 23 düymlük Monoblock F diskləri oldu. Yolsuzluq avtomobilinin interyerinə də dəyişikliklər edildi. Belə ki, avtomobilin içi daha da bahalı və sərnişinlər üçün rahat oldu.

Bodi-kit hava çıxışlarının böyük dəlikləri və diodlu hərəkət işıqları olan qabaq bamper, banın enini 12 sm böyüdən genişləndirilmiş təkər yarımhalqaları, paslanmayan astanalar, diffuzorlu yeni arxa bamper və damın sonundakı spoylerdən ibarətdir.

Gümüşü disklər, qırmızı supportlar və arxa təkərlərin yanlarından çıxarılan qazçıxma sisteminin ikili qolları avtomobilə daha da unikal görünüş verir.

5,5 litrlik tvin-turbo V8 mühərrikini PowerXtra idarəetmə bloku ilə təchiz ediblər. Bunun sayəsində onun faydalı iş əmsalını 5700 d/dəqiqədə 620 a.g. və 2000 d/dəqiqədə 820 Nm-dək qaldırmaq mümkün olub.

Avtomobili 100 km/saata 5,1 saniyə və maksimum 230 km/saata sürətləndirən bu imkan 5900 avro qiymətindədir.

AUTO.AZ



Şərhlər


AD