Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald-dan Mercedes E-Class Black Bison

Yaponiyanın “Wald International” tüninq-atelyesi yenilənmiş sedan “Mercedes-Benz E-Class” üçün nəzərdə tutulmuş “Black Bison” asılqanını tamamladı.

Avtomobilə daha təcavüzkar görünüş verən asılqanın yeni komponentləri ilə yanaşı, tünerlər əlavə aksessuarlar və böyük ölçülü təkər diskləri də hazırlayıblar.

Bundan əlavə, lazım gələrsə, yaponlar alman biznes-klass sedanının texniki hissələrini də təkmilləşdirə bilərlər. Tüninq paketə splitteri, torla örtülmüş hava çıxıntıları və diodlu hərəkət işıqları olan tamamilə yeni qabaq bamper.

Həmcinin avtomobilin yan ətəklər, diffuzoru və qaz buraxma sisteminin oval boruları olan yenidən işlənmiş arxa bamper daxildir.

Avtomobilin idman üslubunu qabaq qanadlardakı əlavələr, arxa şüşə deflektoru və baqaj qapağının spoyleri tamamlayır.

Konservativ sedanın daha da idmansayağı görünməsi üçün onu aşağı salınmış asma və çoxmilli 20-düymlük “Portofino P21C” diskləri ilə təchiz ediblər.

AUTO.AZ



Şərhlər


AD