Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Group-dan Lamborghini Aventador

Superkar “Lamborghini Aventador”-un satışdan sonrakı tamamlanması üçün nəyin zəruri olduğu haqqında suala cavab verərkən kimsə yalnız eksklüziv təkərlər, kimsə banın dizaynını dəyişmək və yeni asma quraşdırmaq istəyəcək.

SR Auto Group-dakı Kanada tünerləri kompromis həll tapdılar. Onlar bu möhtəşəm italyan avtomobilini təkərlər və PUR firmasının istehsalı olan ban aksesuarları ilə təmin ediblər.

Yüngül asma orijinal dizaynı təhrif etmədən kupenin aqressiv xarakterini nəzərə çarpdırmağa imkan verir. Sarı “Giallo Evros” rənginə boyanmış “sarı ildırım” ləqəbli superkar PUR Aero aerodinamik asmasının karbon hissələrini əldə edib.

Qabaq bamperin aşagı hissəsində splitter, yanlarda isə ətəklər yerləşir. Böyük diffuzor sayəsində isə arxa bamper daha aqressiv göründü.

Qabaq oxda 20х9, arxa oxda isə 21х12,5 düymlük tutqun tünd əyilmiş disklər qara aksentlərlə eyni tonda seçilib.

AUTO.AZ



Şərhlər


AD