Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai Genesis Coupe-ni yenilədi

Hyundai şirkəti 2014-cü il idman kupesi “Genesis Coupe”-ni yenidlədi və ilk dəfə bu versiyanı ABŞ-da minimal qiyməti 26 350 dollara satışa qoydu. Avtomobil baza komplektasiyasında bir neçə əlavə seçim, banın bəzəyinin təzə rəngləri və interyerin bir az yenilənmiş tərtibatını əldə etdi. Texniki detalların arasında ən çox dəyişikliyə transmissiya məruz qaldı.

“Hyundai Genesis Coupe”-nin əvvəlki versiyasına dumanəleyhinə fənərlər və xarici güzgülərin qızdırıcı funksiyası əlavə olunub. Banın rənglənməsi üçün rəng palitrası beş yeni çalarla tamamlanıb: qara “Caspian Black”, boz “Empire State Gray”, gümüşü “Santiago Silver”, ağ “Casablanca White” və göy “Ibiza Blue”.

Salonda yeni xalılar, kruiz kontrol, özütündləşən arxa görünüş güzgüsü, yenilənmiş naviqasiya sistemi, R-Spec versiyasında idman oturacaqlarının yan dayaqlarının böyüdülmüş kənarları və Blue Link telemetriya sistemi meydana gəlib. Bunun sayəsində surucu toqquşma ehtimalından xəbərdar olacaq. YNH zamanı avtomatik olaraq kömək siqnalı müvafiq orqanlara göndəriləcək.

6-pilləli sürət qutusu mükəmməlləşdirilib və artıq daha yüngül ötürücü dəyişiklikləri təmin edir. “Mexanika” həmçinin sürücüyə yerindən tərpənməyə kömək edən funksiya əldə etdi. Avtomatik 8-pilləli transmissiya daha rahat sükanaltı ləçəklərlə təmin olunub.

“Hyundai Genesis Coupe” əvvəlki kimi 274 (372 Nm) a.g. olan 2,0 litrlik turbomühərrik və 348 a.g. (399 Nm) olan 3,8 litrlik V6 atmosfer mühərriki ilə təqdim olunacaq.

Daha güclü mühərrikin buraxılış sistemini tamamladılar ki, bu da onun səsinə müsbət təsir etdi.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Genesis, Genesis Coupe 01.02.2014

Şərhlər


AD