Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey Performance-dan Chevrolet Corvette

İdman avtomobillərinin satışdansonrakı tamamlanması ilə məşğul olan “Hennessey Performance” atelyesi idman kupesi “Chevrolet Corvette C7 Stingray” üçün ilkin tüninq-paket təqdim etdi.

HPE500 texniki tüninq paketinə əlavə olaraq Amerika tünerləri nümunəvi avtomobilə yeni aerodinamik asma elementləri quraşdırdılar, ona eksklüziv təkər diskləri “geyindirib”, yeni aksesuarlar vasitəsilə interyeri yenilədilər. HPE500 seriyalı cəmi 500 paket buraxmaq planlaşdırılır.

Paslanmayan poladdan hazırlanmış yeni buraxılış sisteminin quraşdırılması, elektron idarəetmə blokunun optimallaşdırılması sayəsində Hennessey mütəxəssisləri 6,2 litrlik LT1 mühərrikindən 3800 d/dəqiqədə əlverişli olan 507 a.g. və 702 Nm əldə ediblər.

İdarəetmənin və hərəkət xüsusiyyətlərinin yaxşılaşdırılması üçün avto tünerlər öz müştərilərinə tənzimlənən Penske asılqanı, karbon-keramika əyləclər və Michelin Pilot Super Sport idman şinlərində H10 Monoblock disk və əyləclər təklif edəcəklər.

“Chevrolet Corvette Stingray”-i həmçinin yeni asma, astanaların karbon qoymaları, başqa təkərlər, firma yer xalıları və başqa seçimlərlə təchiz etmək olar.

AUTO.AZ



Şərhlər


AD