Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald atelyesi Porsche Cayenne Black Bison təqdim etdi

Yaponiyanın “Wald International” tüninq-atelyesi rəsmi olaraq 958-ci banda ikinci nəsil “Porsche Cayenne” yolsuzluq avtomobili üçün “Black Bison” paketini təqdim etdi.

Tüninq olunmuş avtomobil seriyalı modeldən idman bodi-kiti, eksklüziv dizaynlı təkərlər və bir sıra digər aksessuarlarla fərqlənir. Yaponlar, həmçinin texniki hissəyə də toxunublar.

Onlar avtomobilin asmasını aşağı salıblar və qaz buraxma sisteminin konstruksiyasını bir qədər dəyişiblər.

“Porsche Cayenne” splitteri, ventilyasiya kəsiyi, duman əleyhinə fənərləri və diodlu hərəkət işıqları olan tamamilə yeni qabaq bamper, ventilyasiya olunan kapot, yan ətəklər, vertikal kəsikli genişləndirilmiş təkər arkalar.

Həmcinin avtomobil böyük diffuzoru və diodlu işıqları olan fərqli qabaq bamper, damın və baqaj qapağının sonunda spoylerlər alıb.

Avtomobilin idman və təcavüzkar üslubunu aşağı profilli şinləri olan 24-düymlük qara “Wald Renovatio R13” diskləri və qaz buraxma sisteminin bir cüt oval boruları tamamlayır.

AUTO.AZ



Şərhlər


AD