Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi S1 230 a.g. verən mühərrik əldə edəcək

Yazda Cenevrə avtosalonunda “Audi” şirkəti kompakt hetçbek “A1”-in “yüklənmiş” versiyasını təqdim edəcək. Bu yersiya “S1” adlanacaq. Hot-hetç 300-dən 230-dək defors edilmiş S3 mühərriki əldə edəcək.

Auto Express nəşriyyatı öz mənbələrinə istinadən bu barədə xəbər verir. “Qaynar” hetçbekin dinamikası barədə hələlik heç bir məlumat yoxdur. Modelin mühərriki ya iki muftalı S tronic sürət qutusu ya da altıpilləli “mexanika” ilə işləyəcək.

Dizayn nöqteyi nəzərdən “S1” “yüklənməmiş” hetçbekdən aerodinamik asma və yenidən işlənmiş qabaq bamperlə fərqlənir. Hot-hetç həm üçqapılı həm də beşqapılı banda təqdim olunacaq.

“Audi A1”-in artıq bir “yüklənmiş” versiyası var. Bu versiya “quattro” adlanır. O 256 a.g. və 350 Nm fırlanma anı verən ikilitrlik turbolaşdırılmış mühərriklə təchiz olunub.

Yerindən 100 km/saatadək “A1 quattro” 5,7 saniyəyə sürət yığır. Modelin bu versiyasının tirajı cəmi 333 nüsxə təşkil etdi. Yeni “Audi S1”-in satışları Cenevrədəki təqdimat mərasimindən sonra başlamalıdır.

AUTO.AZ



teqlər:
Audi, Audi A1, S1 24.01.2014

Şərhlər


AD