Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lincoln Navigator nəsil dəyişib

“Navigator” modelinin yeni nəslinin yaradılmasında mühəndislər məşhur tendensiyaları unuda bilmədilər: ənənəvi səkkizsilindrli “atmosferlik” yerini daha kiçik həcmli turbomühərrikə verdi. Nəsil dəyişikliyi ilə birgə “Lincoln Navigator” yeni “üz” və bir çox yeni seçimlər əldə etdi.

“Lincoln”-dakı 5,4 litrlik V8-i EcoBoost ailəsinin mühərrikini iki turboyükləyicili 3,5 litrlik mühərriki ilə əvəz etmək qərarna gəldilər. Onun xüsusiyyətləri hələlik bildirilmir. Lakin “Lincoln”-da onun 370 a.g. və 580 Nm fırlanma anı təmin edəcəyinə ümid edirlər. “Navigator”-un yedəkləmə imkanlarına görə sinfin lideri olacağına söz verilib.

Yolsuluq avtomobili həm mono- həm də tam ötürücülü variantda təklif olunacaq. İkinci halda o fırlanma anını paylaşdıran Control Trac Four-Wheel-Drive control sistemi əldə edəcək. bu sistem böyük yolsuzluq avtomobilinin idarəetməsini yüngülləşdirəcək və onun asphalt olmayan yerlərdə imkanlarını artıracaq.

Yolsuzluq avtomobilinin standart təchizatına yük yerinin tutulmasından asılı olaraq arxa oxda yol işığı zolağının nizamlanma sistemi daxil olacaq. Seçim kimi “Lincoln Navigator”-a adaptiv asılqan, hər iki millisaniyədən bir yol vəziyyətini qiymətləndirən sensorlar daxildir. Sistem amortizatorların üç rejimdə işinə imkan verir - Normal, Comfort və Sport. 22-düymlük təkər diskləri də seçim oldu. Standartda isə yolsuzluq avtomobili 20 düymlük disklərlə təchiz olunacaq.

Yeni dizayner siyasətinə əsasən hazırlanmış yeni banın altında dəri və ağacla bəzənmiş üç sıra oturacağı olan möhtəşəm səkkiznəfərlik salon gizlənir. Salonun konfiqurasiyası ikinci sırada bütöv divanın yerinə aralarında mərkəzi konsol olan iki fərdi oturacağın quraşdırılmasına imkan verir. “Lincoln Navigator”-da cihaz paneli rolunu 4,2 düymlük displey oynayacaq. Mərkəzi konsolda 8 düymlük daha bir monitor yer tutacaq.

“Lincoln Navigator”-un yeni nəslinin premyerası fevralın 6-sı Çikaqoda keçiriləcək. Yolsuzluq avtomobilinin istehsalı yayın axırında şirkətin Kentukkidəki zavodunda başlanacaq. Satışlar isə payızın əvvəlinə planlaşdırılıb.

AUTO.AZ



teqlər:
Lincoln, Lincoln Navigator 24.01.2014

Şərhlər


AD